Tatlısəsin toyu təxirə düşdü

Tatlısəsin toyu təxirə düşdü
1078 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İbrahim Tatlısesin oğlu İdonun nişanlısı Yasemin Şefkatli ticarət mərkəzlərindən birindən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, jurnalistləri görən Tatlısesin gəlini onlarla ayaqüstü söhbət edib. 

Yasemin yaxın günlərdə keçirilməsi planlaşdırılan toyunun təxirə düşdüyünü bildirib:

“Pandemiya səbəbi ilə toy mərasimini təxirə salmalı olduq. Çünki bu şad günümüzdə bizi sevən hər kəsin yanımızda olmağını istəyirik”.