Meqan Markl eltisini xəbərçilikdə ittiham edir

Meqan Markl eltisini xəbərçilikdə ittiham edir
1468 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklla kral ailəsi arasındakı gərginlik davam edir.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Markl, bu dəfə eltisi Keyt Middltonu ona aid məlumatları mətbuata yaymaqda ittiham edir.

Böyük Britaniya informasiya vasitələrinə sızan məlumata görə, Meqan sarayda yaşadığı müddətdə işçilərə gün verib, işıq verməyib. Həddən artıq çalışdırmaqla onlara zülm edib.

Buna görə də Markl, saraya gəlin köçdükdən 6 ay sonra bir neçə işçi könüllü olaraq ayrılıb. Onlarla gizlilik müqaviləsi imzalandığı üçün bundan kimsə xəbər tutmayıb.