“Yabancı Damat”ın aktyoru 17 il sonra... - Fotolar

“Yabancı Damat”ın aktyoru 17 il sonra... - Fotolar
4429 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir zamanların reytinqli layihələrindən olan “Yabancı Damat”ın kiçik aktyoru Ozan Uğurlunun son halı görənləri təəccübləndirib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ekran işinin ən balaca ulduzunun xarici görünüşündəki dəyişiklik, maqazin gündəminin zəbt edib.

Gözlərdən uzaq həyat seçən Uğurlunun İnstagram hesabından paylaşdığı fotoları böyük maraq yaradıb. Onun illər ərzindəki bu dəyişimi, sosial media istifadəçilərinin təəccübünə səbəb olub.

Xatırladaq ki, əsas rollarında Nehir Erdoğan, Erdal Özyağcılar, Özgür Çevik, Binnur Kaya kimi aktyorların çəkildiyi serialda Ozan Mustafa obrazına həyat verib.