Cem Yılmazın evi yandı - Fotolar

Cem Yılmazın evi yandı - Fotolar
1886 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur komediya ustası Cem Yılmazın Leventdəki evi yanıb.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktyorun mənzilinin zirzəmisində olan generatorda naqillərdən biri alışaraq yanıb. Daha sonra alovun əhatə dairəsi genişlənib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Onlar qısa zamanda alovun qarşısını ala biliblər.

Jurnalistlərə müsahibə verən aktyor, bədbəxt hadisə yaşanan zamanı evdə olduğunu bildirib:

"Yanğın baş verən zaman evdə idim. Həmin dəqiqə yanğınsöndürənləri çağırdıq. Çox şükür ki, alovun qarşısı alındı.  Hazırda evdə kimsə yoxdur".