Tennis ulduzu Serena Uilyams bahalı malikanəsini satışa çıxarıb.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, “Beverly Hills”də yerləşən geniş ev alıcılara 7 milyon 200 min dollara (12 milyon 240 min manat) təklif edilir.
550 kvadratmetr sahəsi olan malikanə beş yataq, beş vanna və idman otağından ibarətdir. Bundan başqa lüks villada bar və böyük hovuz da var.
Ötən il açıqlanan rəqəmələrə əsasən, qızıl medallı Olimpia çempionunun sərvəti 200 milyon dollar (340 milyon manat) təşkil edir.