“Seni çok bekledim”in Aylizi müzakirələrə səbəb oldu - Fotolar

“Seni çok bekledim”in Aylizi müzakirələrə səbəb oldu - Fotolar
3567 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star Tv” ekranlarında yayımlanan “Seni çok bekledim” serialı qısa müddətdə böyük tamaçı auditoriyasını ekran başına toplaya bildi.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, hər səhnəsi ilə səs-küyə səbəb olan ekran işi  ötən gün yayımlanan 7-ci bölümü ilə də xeyli diqqət çəkib.

Belə ki, serialda Ayliz obrazına həyat verən aktrisa İrem Helvacıoğlunun geyindiyi bahalı gəlinlik müzakirələrə səbəb olub.

Zərifliyi və incəliyi ilə göz qamaşdıran libasın, dünyaca məşhur modelyer Barrusun London kolleksiyasına aid olduğu bildirilib.

İremin gəlinliyini tamamlamaq üçün istifadə etdiyi bahahlı ziynət əşyaları isə “Tophills” zərgərlik evinin xüsusi  kolleksiyasına aiddir.