Aktrisa Bige Önala ağır itki üz verib.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisanın atası, keçmiş futbolçu Erhan Önal bu gün dünyasını dəyişib.
Mərhumun ölüm səbəbi haqqında heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Erhan illərlə "Qalatasaray", "Fenerbahçe" və "Standart Liq" kimi futbol klublarında fəaliyyət göstərib.