“Yer üzünün cənnəti” 229 milyona satılır - Fotolar

“Yer üzünün cənnəti” 229 milyona satılır - Fotolar
1710 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikanın Silikon vadisindəki ən bahalı mülk satışa çıxarılıb.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Kaliforniyanın “Woodside” bölgəsində yerləşən  malikanə 300 hektar ərazini əhatə edir. Sözügedən mülk içə-içə dizyan edilən 7 evdən ibarətdir. Ərazi mülklə birlikdə 135 milyon dollara (229 milyon manata) satılır.

Böyük hovuzu, geniş tennis meydançası və bir neçə meyvə bağı olan ərazini yerli sakinlər “Yer üzünün cənnəti” adlandırırlar. Meşəlik ərazini əhatə edən məkanda bir çox nadir quş növlərinə də rast gəlmək mümkündür.

Tarixi malikanə 1911-ci ildə Mortimer Fleşaker tərəfindən inşa edilib. Hazırda isə mülkü onun İtaliyada yaşayan nəvəsinin oğlu Mark Fleşaker satışa çıxarıb.