Məşhur aktyorlar "Kırmızı oda"da çəkiləcəklər - Fotolar

Məşhur aktyorlar "Kırmızı oda"da çəkiləcəklər - Fotolar
1839 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yayımlanan "Kırmızı oda" serialına iki yeni tanınmış sima qatılacaq.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, bu dəfə layihəyə aktyorlar Yiğit Özşener və Esra Ronabar daxil olacaq. Ekran işində Yiğit varlı iş adamı Zafer, Esra isə onun həyat yoldaşı Nihal obrazını canlandıracaq.

Xatırladaq ki, "Kırmızı oda"nın əsas rollarında Binnur Kaya, Tülin Özen, Burak Sevinc və Gülçin Kültür Şahin çəkiliblər. Real hadisələr əsasında lentə alınan serialın rejissorluğunu Cem Karcı edir.