Aygün Kazımovanın bu addımı onları təəccübləndirdi - Fotolar

Aygün Kazımovanın bu addımı onları təəccübləndirdi - Fotolar
14587 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova bayram ərəfəsində sosial şəbəkədəki addımı ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, müğənni İnstaqramda küsülü olduğu və yeni barışdığı həmkarlarını izləməyə başlayıb.

Onlar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Ayan Babakişiyeva, Natavan Həbibi yer alıblar.

Qeyd edək ki, Kazımova ilə R.Ayxan illərdir danışmır. Röya bir müddət əvvəl müğənnini sosial şəbəkədə izləməyə başlayıb.

Tünzalə ilə Aygün arasındakı incikliyə səbəb tədbirlərin birində Ağayevanın həmkarına "salam" verməməsi olmuşdu.

F.Ağayev isə bir müddət əvvəl açıqlamasında Kazımovanın onu sosial şəbəkədə "qara siyahı"ya atdığını açıqlamışdı.

N.Həbibi ilə A.Kazımova arasında illərlə qalmaqal yaşanıb. Onların bu mübahisəsi məhkəməyə qədər gedib çıxmışdı. İfaçılar bir neçə il əvvəl məclislərin birində barışıb.

Bir vaxtlar yaxın rəfiqə olan Ayanla da Kazımova son illər danışmır.