“Masumlar apartmanı”nın çəkilişləri dayandırıldı

“Masumlar apartmanı”nın çəkilişləri dayandırıldı
3353 dəfə oxunub
  • A-
  • A
  • A+
Baş rollarında Merve Dizdar, Ezgi Mola, Farah Zeynep Abdullah və Birkan Sokullunun çəkildiyi “Masumlar apartmanı” serialının çəkilişləri dayandırılıb.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, buna səbəb ekran işinin aktyorlarının, o cümlədən əsas rol ifaçılarından olan Uğur Uzunelin test nəticələrinin pozitiv çıxmasıdır.

Serialda Esat obrazına həyat verən Uğur və digər həmkarları təcili olaraq ev şəraitində karantinə alınıblar. Bu səbəbdən də ekran işinin çəkilişləri bir müddət dayandırılıb.