Qaxa dolu yağıb - Fotolar

Qaxa dolu yağıb - Fotolar
767 dəfə oxunub
  • A-
  • A
  • A+

Qax rayonunda hava şəraiti kəskin dəyişib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, rayonun İlisu kəndinə dolu yağıb.

Beş dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.

Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.

Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1 400 metr yüksəklikdə yerləşir.