Rusiyalı qrup pandemiyada minlərlə insanı bir araya gətirdi - Fotolar

Rusiyalı qrup pandemiyada minlərlə insanı bir araya gətirdi - Fotolar
1264 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda bir çox ölkələrin Covid-19-a qarşı mübarizə apardığı və müəyyən izolyasiya qaydaları, məhdudiyyətlər tətbiq etdiyi dövrdə rusiyanın məşhur musiqi qrupu "Ruki Vverh" böyük konsert proqramı təşkil edib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Belarusun Minsk şəhərində keçirilən musiqili proqramda minlərlə tamaşaçı iştirak edib.

Əvvəl konsertin təşkili sadəcə martın 26-sı üçün nəzərdə tutulub. Lakin daha sonra biletlər bitdiyindən musiqili proqramın vaxtı bir gün də uzadılıb.