Böyük Britaniyanın Winchester Universitetinin rəhbərliyi isveçli təbiət mühafizəçisi Qreta Tunberqin heykəlinin düzəltdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, heykəlin açılış mərasimi keçirilmədən mübahisələr yaranıb.
Belə ki, sözügedən məktəbin şagirdləri onların təhsil aldıqları müəssisədə Tunberqin heykəlini görmək istəmədiklərini bildiriblər.
Üstəlik heykəlin ərsəyə gəlməsi üçün sərf edilən 32 min dolları (54 min 400 manat) şagirdlər pandemiya dövründə böyük israfçılıq olduğunu deyiblər.
Məktəb rəhbərliyi isə bu heykəli düzəltdirməkdə məqsədinin sadəcə uşaqları motivasiya etmək istədiklərini bildirib.