Evində ad günü edən aktrisanı qonşuları polisə şikayət etdi

Evində ad günü edən aktrisanı qonşuları polisə şikayət etdi
1153 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Özge Özpirinçcin ad günü partisi qalmaqallı şəkildə bitib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi 35 yaşını İstanbulun Bebeköy səmtində yerləşən məkanlardan birində qeyd edib. Gecəyə sevgilisi Burak Yamantürk, aktyor Kıvanç Tatlıtuğ və xanımı Başak Dizer Tatlıtuğ, Uraz Kaygılaroğlu, Berrak Tüzünataç və müğənni Murad Dalkılıç qatılıb.

Partidən sonra qonaqlar Özge və Burakın Yeniköydəki üçmərtəbəli evinə yollanıb. Onlar villanın həyətində musiqi səsləndirərək əyləniblər. Qonşular yüksək səsdən yata bilmədiklərini deyərək, polisə şikayət ediblər. Hadisə yerinə gəlib evə girmək istəyən polisləri aktyor Burak "Evə icazə sənədiniz olmadan girə bilməzsiniz" deyərək, geri göndərib.

Polislər araşdırmadan sonra Covid-19 qaydalarına riayət edildiyini görüb və onlara heç bir cəza yazmayıb.