Hamlet İsaxanlının həyat yoldaşı vəfat etdi

Hamlet İsaxanlının həyat yoldaşı vəfat etdi
4869 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzər Universitetinin və Dünya Məktəbinin həmtəsisçisi Nailə İsayeva vəfat edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəyli məlumat yayıb.

Onun sözlərinə görə, N. İsayeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Təxminən 20 gün öncə əməliyyat olunsa da, sonradan vəziyyəti pisləşib və bu gün səhərə yaxın vəfat edib.

74 yaşlı N. İsayeva Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının həyat yoldaşı idi.