“Survivor”da qalmaqallı sevgi etirafı

“Survivor”da qalmaqallı sevgi etirafı
4721 dəfə oxunub
  • A-
  • A
  • A+

“Survivor 2021” yarışmasında yenidən gərginlik yaşanıb.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, “Məşhurlar” və “Könüllülər” komandaları bu dəfə market oyunu və toxunulmazlıq uğrunda mübarizə aparıblar. Sonda isə toxunulmazlığı “Könüllülər” komandası qazanıb.

Bundan sonra “Könüllülər”in üzvləri Aleyna və Poyraz arasında gərginlik yaşanıb. Yarışmanın əvvəlində münasibətləri yaxşı olan iştirakçılar dalaşmağa başlayıblar.

Layihə rəhbəri Acun Ilıcalı gərginliyin səbəbini soruşduqda isə Aleyna Poyrazla bağlı etiraf edib. O, iştirakçılardan biri Sancakayın Poyrazı sevdiyini və onunla Poyrazın arasını vurduğunu deyib. Poyraz isə deyilənləri təkzib edib.