"Rəmiş son günlər özünü yaxşı hiss edirdi" - Təyyar Bayramov

"Rəmiş son günlər özünü yaxşı hiss edirdi" - Təyyar Bayramov
2219 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəstəxanada mərhum Xalq artisti Rafiq (Ramiş) Hüseynovu ziyarət edən əməkdar artist Təyyar Bayramov gitara ifaçısı haqqında danışıb.

Təyyar Bayramov Axşam.az-a açıqlamasında bildirib ki, Xalq artisti son günlər özünü yaxşı hiss edib: 

"Rəmiş bizim sənətkarımızdır. Reanimasiyadan  palataya köçürüləndə Mənsum İbrahimov ilə xəstəxanada onu ziyarət etdik.  Çox zəif danışırdı. İki gündən bir Güllü xanımla danışırdım. Rəmiş ancaq deyirdi ki, can sağlığı olsun, Allah hamının canını sağ eləsin. Son günlər səhhəti əvvəlkinə nisbətən yaxşı idi. Xəstəxanaya gedəndə səhhəti çox pis idi. Amma biz ziyarətə gedəndə rəngi özündə idi. Güllü xanım mənə bildirdi ki, Rəmiş deyir, məni gəzdir, onu dəhlizdə arabada gəzdirirəm. Onun vəfatından üç-dörd gün əvvəl Güllü dedi ki, vəziyyəti yaxşı deyil. Rəmişin virusa yoluxmasını həkimlər deyirlər. Mən o dərəcədə bilmirəm. Bizə məlumat verildi ki, o, virusa yoluxub".