Şri-Lanka gözəlinin tacı əlindən alındı - Video

Şri-Lanka gözəlinin tacı əlindən alındı - Video
1116 dəfə oxunub
  • A-
  • A
  • A+

Şri-Lankada aprelin 4-də keçirilən gözəllik yarışmasında qalmaqal yaşanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "Miss Şri-Lanka" gözəli seçilən Puşpika De Silvanın tacı əlindən alınıb.

2019-cu ildə yarışmada qalib olan Kerolayn Curi səhnəyə çıxaraq, onun tacını başından götürüb. O bildirib ki, Silva ailəli olub. Yarışmanın qaydalarına görə ailə quran, boşanan qızlar birinci seçilə bilməz.

Curi tacı yarışmada ikinci yeri qazanan qızın başına qoyub. Silva bildirib ki, onu yarışmada təhqir etdikləri üçün məhkəməyə müraciət edəcək.

"Mrs Sri Lanka World"un direktoru Çandimal Cayasunqhe bildirib ki, tac Silvaya geri qaytarılacaq.