Əməkdar mədəniyyət işçisi vəfat etdi

Əməkdar mədəniyyət işçisi vəfat etdi
1130 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar mədəniyyət işçisi Həsən Həsənov vəfat edib.

Axşam.az xəbər verir ki, bu haqda H.Həsənovun rəhbəri olduğu “Audiokitab” layihəsinin əməkdaşları sosial şəbəkədə yazıb.

71 yaşlı incəsənət üzvü uzun müddət davam edən ağır xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Həsən Həsənov müxtəlif illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Dövlət Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrında rəhbər vəzifədə olub. O, 2017-ci ildən “Audiokitab” layihəsinin rəhbəridir.