Məhərrəm Bədirzadə vəfat etdi

Məhərrəm Bədirzadə vəfat etdi
2722 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə dünyasını dəyişib.

Axşam.az xəbər verir ki,  rejissor 76 yaşında vəfat edib.

Qeyd edək ki, M. Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya gəlib. O, 1969-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü seçilib.

Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosenti olub.