30 ildən sonra dırnaqlarını kəsdirdi - Fotolar

30 ildən sonra dırnaqlarını kəsdirdi - Fotolar
2708 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı Ayanna Uliyams "Dünyanın ən uzun dırnaqları"na sahib olduğuna görə 2017-ci ildə "Ginnesin rekordlar kitabı"na düşüb.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, o, 30 ildir uzatdığı 7 metr 33 santimetr uzunluğunda olan dırnaqlarını kəsdirmək qərarına gəlib. Buna səbəb Uilyamsın ev işləri görərkən problemlərlə qarşılaşmasıdır. 

Onun 7 metrlik dırnaqları 20 saatlıq manikürdan sonra kəsilərək normal hala salınıb.

"Dırnaqlarım uzun olduğundan gündəlik ev işlərini görə bilmirdim. Müəyyən hədəfim var idi ki, "Ginnesin rekordlar kitabı"na düşüm. Ona da nail oldum. Buna görə dırnaqlarımı kəsdirmək qərarına gəldim” deyə, Ayanna, bildirib.