"Masumiyet"in Elası: "Anamı xərçəngdən itirdim"

"Masumiyet"in Elası: "Anamı xərçəngdən itirdim"
2590 dəfə oxunub
  • A-
  • A
  • A+

"Masumiyet" serialındakı Ela obrazı ilə tanınan İlayda Alişan dünyasını dəyişən anasından danışıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa anasının xərçəng xəstəliyindən dünyasını dəyişdiyini deyib:

"6-7 yaşımda anamın məni məktəbə yola salmaq üçün oyatması və yumurta bişirməsi gözümün önündədir. Anamı itirəndə 9 yaşım var idi. Mənə bacım öz övladı kimi baxdı. Atam jurnalist idi. Bizi böyük sevgi ilə böyüdüb. İndi də sevgidolu böyük ailəmiz var".