Fanatları qaldığı otelə hücum etdi - Fotolar

Fanatları qaldığı otelə hücum etdi - Fotolar
1287 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hercai” serialının baş rol ifaçısı aktyor Akın Akınözü çəkilişlərə görə Mardinin Midyat bölgəsindəki oteldə qalır.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, ötən gün  aktyorun xaricdən gələn fanatları onun qaldığı otelə hücum ediblər.

Təhlükəsizlik xidməti onlara qarşı müqavimət göstərsə də, bütün cəhdlər boşa çıxıb. Pərəstişkarlarının xahişini yerə salmayan Akın, onlarla çoxlu fotolar çəkdirib.

Aktyorun maska və sosial məsafə kimi izolyasiya qaydalarını pozması da gözlərdən yayınmayıb.