Yevlaxda toy edənlər saxlanılıb - Foto

Yevlaxda toy edənlər saxlanılıb - Foto
1059 dəfə oxunub
  • A-
  • A
  • A+

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Axşam.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Kövər kənd sakini Ədalət Hüseynov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 10 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.