Damlanın oxuduğu toya polis basqın etdi - Video

Damlanın oxuduğu toya polis basqın etdi - Video
5748 dəfə oxunub
  • A-
  • A
  • A+
Sankt-Peterburq şəhərində azərbaycanlıların keçirdiyi toy mərasimində atəş açılıb.

Axşam.az xəbər verir ki, məclisdə müğənni Damla da yer alıb. Bu haqda onun prodüseri Şamil sosial şəbəkədə paylaşım edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları asayişin pozulduğu məkana gəliblər. "Zolotoy dvor" şadlıq evində məclisə gələnlər saxlanılıb. Buna səbəb yeni evlənənlərin şərəfinə toy sahiblərinin havaya atəş açması olub.

Şamil bildirib ki, yaşanan hadisəyə görə gecə səhər saat 5-ə qədər polis bölməsində qalıb.