Madonnanın 32 milyonluq malikanəsindən fotolar

Madonnanın 32 milyonluq malikanəsindən fotolar
1540 dəfə oxunub
  • A-
  • A
  • A+
Pop musiqisinin kraliçası Madonna bahalı malikanə alıb.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, ifaçı müğənni Uikendin “Hidden Hills”də yerləşən lüks villasını seçib. Madonna geniş ev üçün 19 milyon 300 min dollar (32 milyon 810 min manat) ödəyib.

1100 kvadratmetrlik ərazidə yerləşən malikanə böyük qonaq otağı, 9 yataq və 11 vanna otağından ibarətdir. Bundan başqa evdə idman zalı, kinoteatr, basketbol meydançası, şərab anbarı, geniş hovuz, beş avtomobil üçün nəzərdə tutulan qaraj da mövcuddur.

Yeni evində Madonna Dueyen Veyd, Dreyk, Lil Uayn kimi məşhurlarla qonşu olub.