Bu dəfə sevgili olmaları iddialarını təkzib etmədilər

Bu dəfə sevgili olmaları iddialarını təkzib etmədilər
1812 dəfə oxunub
  • A-
  • A
  • A+
Çəkiliş meydanından başqa gündəlik həyatda da tez-tez birlikdə görüntülənən aktyorlar Kerem Bürsin və Hande Erçel ötən gün kameralara tuş gəliblər.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, idman salonundan ayrılan cütlük ayaqüstü jurnalistlərin suallarını cavablandırıb. İkilinin media nümayəndələrinə verdiyi cavablar müzakirələrə səbəb olub. Belə ki, son zamanlar eşq yaşadığı deyilən Hande ilə Kerem haqlarında yayılan şayiələri bu dəfə təkzib etməyiblər.

Kerem, jurnalistlərin "İdmana belə birlikdə gedirsiniz. Tez-tez bir arada görünürsünüz. Yayılan eşq xəbərləri haqqında nə deyə bilərsiniz" sualına “Bu mövzuda irəliləyiş olanda xəbəriniz olacaq” cavabını verib.

Daha sonra Hande Erçel də eyni cavabı verərək “Belə bir şey olanda xəbəriniz olacaq, dostlar” deyib. İkilinin eşq dedi-qodularını təkzib etməməsi aralarında həqiqətən də sevgi münasibəti olduğunu bir daha təsdiq edib.