Böyük Britaniya kraliçası II Yelizavetanın mərhum həyat yoldaşı, şahzadə Filipin dəfn mərasimi başlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aprelin 9-da vəfat edən Edinburq hersoqu bu gün torpağa tapşırılır.
Vindzor qəsrində baş tutan yas mərasiminə pandemiya səbəbilə ailə üzvlərindən sadəcə 30 nəfərin qatılması nəzərdə tutulub. Bunlar arasında şahzadənin ən yaxın qohumları və həyat yoldaşı kraliça II Yelizaveta var.
***
Şahzadə Filip 1 dəqiqəlik sükutla yad olunub və Vindzor qəsrinin Müqəddəs Georgi kilsəsində dəfn edilib. Yas mərasimi Böyük Britaniyanın dövlət televiziyasında yayımlanıb.