Özcanın keçmiş arvadına şiddət səhnələri səs-küy yaratdı - Fotolar

Özcanın keçmiş arvadına şiddət səhnələri səs-küy yaratdı - Fotolar
3706 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-aktyor Özcan Dəniz və keçmiş həyat yoldaşı Feyza Aktanın rol aldığı "Senkron" serialı tamaşaçılara təqdim edilib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ekran işində Dəniz və Feyzanın şiddət səhnələri diqqət çəkib. Pandemiya ərəfəsində serial çəkən Dəniz baş rol üçün keçmiş xanımını seçib. Dijital platformalardan birində yayımlanan ekran işindəki səhnələrin sənətçinin gerçək həyatına bənzəməsi müzakirələrə səbəb olub. Serial boyunca Özcan Aktana şiddət göstərib.

Serialda Feyza əri tərəfindən döyülən Kuzey adında bir oğlu olan, Mina adlı qadını canlandırıb. Gerçək həyatında keçmiş arvadına oğlunu almaq üçün dava açan Dəniz serialda da arvadının getməyinə imkan vermir.

Qeyd edək ki, Özcan ilə Feyza 2018-ci ildə evlənib, 15 ay sonra boşanıb. Cütlüyün Kuzey adında bir oğlu var. Feyza ərini məhkəməyə verərək, ondan şiddət gördüyünü iddia edib.