Pelin Karahanın lüks malikanəsindən fotolar

Pelin Karahanın lüks malikanəsindən fotolar
2314 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Pelin Karahan və həyat yoldaşı Bedri Güntay evinin qapılarını “InStyle Home” jurnalına açıblar.

Axşam.az xəbər türk mediasına istinadən verir ki, dəbdəbəli evini nümayiş etdirən cütlüyün üçmərtəbəli lüks malikanəsi 450 kvadratmetrdir. 5 otaqlı evin geniş həyəti və hovuzu da var.

Birinci mərtəbədə ev sahiblərinin yataq, makiyaj və geyinmə otağı mövcuddur. Cütlük evlərinə iki illik təmirdən sonra ötən il köçüblər. Aktrisanın evində müxtəlif janrda işlənmiş sənət əsərləri də var.

Onlar bu evdə oğulları Ali Demir və Canla yaşayırlar. Sözügedən mülk Acarkent ərzisində yerləşir.