32 ildir yaşadığı kimsəsiz adadan ayrılır - Fotolar

32 ildir yaşadığı kimsəsiz adadan ayrılır - Fotolar
1694 dəfə oxunub
  • A-
  • A
  • A+

Sardinya arxipelaqına aid kiçik Budelli adasında yaşayan İtaliyalı Robinzon Kruzo oranı tərk etmək qərarına gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Morandi adlı şəxs onu buradan çıxarmaq istəyən səlahiyyətli şəxslərə qarşı mübarizə apararaq uzun illər bu adada yaşayırdı.

Ömrünün son 32 ilini burada keçirən ada sakinini hər kəs "Budellili Robinzon Kruzo" adlandırırdı. 81 yaşlı Morandi “Facebook” sosial şəbəkəsində yayımladığı sonuncu statusunda isə artıq yorulduğunu və buranı tərk edəcəyini bildirib.

Qeyd edək ki, Morandi adanı təsadüfən kəşf etmişdi. O, 1989-cu ildə çıxdığı səfər zamanı qayığı xarab olub və məcbur olaraq bu adada qalıb. Şəhərdə müəllim işləyən Morandi daha sonra oranı tərk edib, burada yaşamaq qərarına gəlib.