"Dostlarının 200 manatı yox idi Baloğlan Əşrəfova əklil düzəltdirsin?"

"Dostlarının 200 manatı yox idi Baloğlan Əşrəfova əklil düzəltdirsin?"
9918 dəfə oxunub
  • A-
  • A
  • A+

"Baloğlan Əşrəfovun məzarına baxıb, çox utandım. Dəfn olunma mərasiminə baxdım, lakin bir əklil də olsa görmədim. Dostlarının 200 manat pulu yox idi ki, bir əklil düzəltdirsinlər?".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) ötən gün dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı paylaşımında yazıb. O, İnstaqram hesabının hekayə bölümündə mərhumun məzarının fotosunu yayımlayaraq, heç kimin gül qoymadığını tənqid edib:

“Çox ayıb olsun, Baloğlana dostum, qardaşım deyənlərə. Məzarının üstünü çiçəklərə qərq edə bilməzdilər? Baloğlan müəllimin xətrini çox istədiyim üçün mənə pis təsir etdi. Fani dünya”.

Tolik daha sonra Əməkdar artist Yusif Mustafayevin ona göndərdiyi fotonu yayımlayıb. Fotoda B.Əşrəfovun məzarına güllər qoyulduğu əks olunub. Prodüser bu dəfə güllərin qızılgül yox, qərənfil olmasını tənqid edib:

“Yenə də deyəcəm pis olacam, korona hər kəsə təsir edib. Qızılgülə də dəymədin, sənətkar? Xalq səni hər zaman sevəcək və mahnılarını dinləyəcək”.