Nişanından çox geyimi səs-küy yaratdı - Fotolar

Nişanından çox geyimi səs-küy yaratdı - Fotolar
3913 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Bella Torn uzun müddətdir eşq yaşadığı Bencamin Maskolo ilə evlilik həyatında ilk addım atıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün cütlük yaxınlarını və tanışlarını ətrafına yığaraq dəbdəbəli nişan mərasimi keçirib.

Yüksək səviyyədə dekorasiya edilən salon və personal xidməti qonaqlar tərəfindən çox bəyənilib. Nişanda ən çox müzakirə edilən isə Bellanın geyindiyi tünd qırmzı rəngli libası olub. Qarın hissəsinə qədər dərin yarığı olan geyim aktrisaya mərasim zamanı bir sıra çətinliklər də yaşadıb.

Nişanın axşama doğru olan hissəsində Bella uzun dərin yarıqlı libasını gödək və açıq-saçıq donla əvəz edib.