Rusiyanın məşhur şousunun qalibləri azərbaycanlılar olub - Fotolar+Video

Rusiyanın məşhur şousunun qalibləri azərbaycanlılar olub - Fotolar+Video
1758 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın NTV kanalında yayımlanan "Maska" şousunun qalibi açıqlanıb.

Axşam.az xəbər verir ki, yarışmada Rusiyada məşhurlaşan azərbaycanlı ifaçı Jony (Cavid Hüseynli) birinci olub.

Jony şou zamanı timsah maskası ilə üzünü gizlədib. O bildirib ki, bu şouda iştirak etməyi çox istəyib. Buna görə də yeni bir sima kimi qatılıb və alınıb da.

Şouda münsif kürsüsündə oturan Rusiyanın Xalq artisti Filipp Kirkorov Jony haqda danışaraq, onun çıxışına şad olduğunu və estradadakı estafeti ona ötürdüyünü söyləyib. Şouda ikinci yeri də Azərbaycanın Xalq artisti Yusif Eyvazov qazanıb.