Aslan Hüseynovun qəzaya düşdüyü avtomobili - Video

Aslan Hüseynovun qəzaya düşdüyü avtomobili - Video
5805 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov bu gün avtomobil qəzasında həlak olub.

Axşam.az xəbər verir ki, İctimai Televiziya mərhum müğənninin qəzaya düşdüyü maşınının son görüntülərini lentə alıb.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında baş verib. 55 yaşlı müğənninin idarə etdiyi “BMW” markalı avtomobil qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı A.Hüseynov nəqliyyat vasitəsində tək olub. Hadisəyə səbəb isə Aslanın sükan arxasında yatması olub. Sənətçi bu gün Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.

Həmin görüntüləri təqdim edirik: