"Çinarın yarpaqları bir-bir tökülür" - Fotolar

"Çinarın yarpaqları bir-bir tökülür" - Fotolar
2266 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaşıma görə yas yerlərinə getməyə ailəm icazə vermir. Oğlumdan icazə alıb Arif Quliyevi son mənzilə yola salmağa gəldim".

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Kübra Əliyeva deyib. Aktrisa mərhum Xalq artisti Arif Quliyevlə vida mərasimində yer alıb. O, sənət dostu ilə bağlı xatirələrini bölüşüb:

"Ülə bil o dünyada teatr və filarmoniya açılıb. Hər gün bir sənət adamı gedir. Çinarın yarpaqları bir-bir tökülür. Yerdə qalan sənətkarlarımızın qədrini bilək. Koronavirus bizi süpürüb aparacaq.

Arifdən danışmağa kəlmələr yetməz. O, böyük bir sənətkar idi. Onun elə dərtləri var idi ki... Oğlundan sonra onun necə çökdüyünü gördüm. Allah heç kimi övladı ilə sınağa çəkməsin. Arif xalqdan getdi. Heyif sənət adamlarına, onlar asan yetişmir. Gülə-gülə get Arif, get oğluna qovuş".

Qeyd edək ki, A.Quliyev 71 yaşında koronavirusdan vəfat edib.

Foto:İlqam Cəbiyev