Musa Yaqub dəfn edildi - Fotolar

Musa Yaqub dəfn edildi - Fotolar
2679 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, o, rayonun Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, şair Maarif Soltan, deputat Tahir Kərimli, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.