Xoşqədəm və Doğuş əkizlərinə ad günü etdi - Fotolar

Xoşqədəm və Doğuş əkizlərinə ad günü etdi - Fotolar
11097 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 5 yaşı tamam olub.

Axşam.az xəbər verir ki, cütlük oğulları üçün evlərində kiçik parti keçiriblər. Doğuş şəxsi İnstaqram səhifəsində övladları ilə bağlı paylaşım edib.

O, “Məsumlarımın bu gün 5 yaşı oldu. Mən bu yaşlarda çox bədbəxt idim. Bəzən deyirəm ki, kaş Arda və Arının yerində olaydım. Cənnət gözlü mələklərim, sizi ananızın qucağına verdiyim gün sanki dünən idi. Hər nə qədər Arın bizə çətin günlər yaşadaraq 21 gün küvəzdə qalsa da, ananızla birlikdə daima sizin üçün dua etdik. Deyəcəyim odur ki, sizi sevirəm, eşqlərim” sözlərini vurğulayıb.