Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat etdi

Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat etdi
1057 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib.

Axşam.az xəbər verir ki, rəssam bu gün müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.