Prezident və ailəsi “Xarı Bülbül” otelində - Fotolar

Prezident və ailəsi “Xarı Bülbül” otelində - Fotolar
4623 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub.

Axşam.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı oteldə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, oteldə ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.