Şuşaya çatan kimi torpağı öpdü - Fotolar

Şuşaya çatan kimi torpağı öpdü - Fotolar
3562 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Firəngiz Mütəllimova illər sonra ata yurdu Şuşaya gedib.

Axşam.az xəbər verir ki, aktrisa işğaldan azad edilən Şuşaya ayaq basarkən başını yerə qoyub torpağı öpüb.

Mütəllimova həmin görüntülərini sosial şəbəkədə yayımlayıb. O, paylaşımına "Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam" sözlərini yazıb.