Telekanallardan pul istəyən Xatirə verilişdə ağladı - Fotolar

Telekanallardan pul istəyən Xatirə verilişdə ağladı - Fotolar
11796 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam 2 ildən sonra efirə çıxıb.

Axşam.az xəbər verir ki, bir neçə ay əvvəl telekanallar rəhbərlərindən verilişlər üçün qonorar istəyən sənətçi "Zaurla Günaydın" qatılıb.

Pandemiyadan danışan Xatirə toyların olmamasından söz açıb. Müğənni səhnə üçün darıxdığını deyərək, ağlayıb:

"Başqa şəhərlərdən məclislərə təkliflər gəlirdi. Evdən çıxmağa meyilli deyiləm. Hər zaman Fəxrəddin deyir ki, istəsən get. Geçən ay da Vasif Məhərrəmli ilə aramızda ona görə mübahisə düşdü. Bəzi səbəblərdən gedə bilmirəm. Söhbət toydan getmir. İnsanlar elə bilər toy üçün ağlayıram. 22 ildir bu işlə məşğulam. Hər gün səhnəyə çıxırdım. Bundan sonra nə işlə məşğul olum? İstəyirəm Azərbaycan mədəniyyəti inkişaf etsin".