"Eurovision"ın açılış mərasimi baş tutdu - Fotolar

"Eurovision"ın açılış mərasimi baş tutdu - Fotolar
2413 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün "Eurovision" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, yarışmada ölkəsini təmsil edən iştirakçılar xalçadan keçiblər. Rotterdamda baş tutan tədbirə 39 ölkədən 34 iştirakçı qatılıb.

Onlar arasında Azərbaycanı təmsil edən Samirə əfəndi də yer alıb. Samirənin saç və makiyajını məşhur stilist Anar Ağakişiyev edib. İfaçı Rüfət İsmayılın kolleksiyasından olan çəhrayı libas seçib.

Qeyd edək ki, yarımfinal mayın 18 və 20-də, final isə 22-də keçiriləcək. Samirə Əfəndi ölkəmizi "Mata Hari" mahnısı ilə təmsil edəcək. Təmsilçimiz birinci yarımfinalda səhnəyə çıxacaq.