Samirənin növbəti Aygün Kazımova tərzi - Fotolar

Samirənin növbəti Aygün Kazımova tərzi - Fotolar
16430 dəfə oxunub
  • A-
  • A
  • A+
"Eurovision 2021" təmsilçimiz Samirə Əfəndinin yarışma üçün hazırlanan geyimləri sosial şəbəkədə tənqid edilib.

Axşam.az xəbər verir ki, ötən gün açılış mərasiminə qatılan ifaçı yenə modelyer Rüfət İsmayılın kolleksiyasına üz tutub. Modelyer isə Samirə üçün yeni libas hazırlamaq əvəzinə, kolleksiyasında olan və hər kəsə bəlli geyimləri təqdim edib.

Ön hissəsi qısa, arxası uzun şleyfli çəhrayı paltar seçən müğənni müzakirələrə səbəb olub. İlk növbədə paltarı bir müddət əvvəl Xalq artisti Aygün Kazımova konsertlərindən birində geyinib. Paltarın yuxarı hissəsinə isə bir az dəyişiklik olunub.

Samirənin beynəlxalq bir yarışmada bu cür təkrar geyimlərdən istifadə edilməsi birmənalı qarşılanmayıb. Sənətçinin hətta "Eurovision 2021" səhnəsinə çıxacağı geyimi də bəyənilməyib. Qara rəngli bodi tərzdə paltar yenə də Aygün Kazımovanın fotosessiyalarından birində istifadə edilib. Sözügedən libasın da müəllifi R.İsmayıldır.

S.Əfəndinin saç və makiyajı üzərində məşhur stilist Anar Ağakişiyev çalışıb.

Qeyd edək ki, ifaçı yarışmada Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil edəcək.