Borca görə evini satır - Fotolar

Borca görə evini satır - Fotolar
1284 dəfə oxunub
  • A-
  • A
  • A+

Borcları müğənni Kibariyənin başına bəla olub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi Bodrum Gündoğandakı villasını satışa çıxarıb.

Pandemiya ərəfəsində işsiz qalan müğənni evə 5 milyon lirə (təxminən 1 milyon manat) qiymət qoyub. Kibariyə bununla 3,5 milyon lirə (700 min manat) borcunu ödəməyi düşünür.  

Bir vaxtlar ərinin borcuna görə şikayət edən Kibariyə "Əlinin qumardan, işlərindən borcu ola bilər. Oynayıb, keçdi, bitdi. Ailədə sağlamlıq, hüzur və xoşbəxtlik hər şeydən önəmlidir" sözlərini demişdi.