Məşhur aktyor 70 yaşında - Fotolar

Məşhur aktyor 70 yaşında - Fotolar
966 dəfə oxunub
  • A-
  • A
  • A+

1970-ci illərdə "Ayşecik" filmlərindən tamaşaçılara tanış olan aktyor Sertan Acarın hazırda otel işi ilə məşğul olduğu ortaya çıxıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, film sahəsində 2,5 il fəaliyyət göstərən sənətçi stomatoloq kimi çalışıb. Həkimlik karyerasını da bitirən aktyor hazırda açdığı oteli işlədir.

"Ayşecik -  yəni Zeynep Değirmencioğlu qardaşımın sevgilisi olub. qardaşım ən yaraşıqlı futbolçu yarışmasının qalibi idi. Sonra mən də onunla tanış oldum və beləcə, yaradıcılıq fəaliyyətim başladı. Diş həkimi olmaq istəyirdim, təhsilimin ilk ili idi. Zeynep və qardaşım bir dəfə məni də görüşə çağırdı. Həmin gün Zeynep dənizə yıxıldı, onu xilas etdim. Ailəsi təşəkkür üçün evinə çağıranda rejissor Aram Gülyüzla tanış oldum. O da film təklifi etdi" deyə, Sertan söyləyib.

73 yaşlı aktyor hazırda təbiət qoynunda yaşamağa üstünlük verdiyini bildirib. O, ailəsi ilə birlikdə qaldığını, 17 yaşındakı oğlunun aktyor olmaq istədiyini söyləyib.