Namiq Qaraçuxurluya qarşı dələduzluq

Namiq Qaraçuxurluya qarşı dələduzluq
1609 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu dələduzların qurbanı olub.

Axşam.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, İnstaqramda  osial şəbəkədə “@luxury_house_ks” adlı onlayn alış-veriş səhifəsi onu aldadıb:

”Sizdən bir xahişim var: Bu,səhifə guya mal sifarişi ilə məşğuldur. Əslində isə işi dələduzluqdur. Mal sifariş verirsən, pul kartına oturur və adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insanlar var. Başqalarının da zərər görməməsi üçün birləşib bu səhifəni şikayət edib bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik”.