"Tarzan" və arvadı təyyarə qəzasında öldü

"Tarzan" və arvadı təyyarə qəzasında öldü
4312 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tarzan" serialının məşhur siması, aktyor Co Lara vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı aktyor qəza keçirib. Təyyarədə onunla yanaşı 66 yaşlı həyat yoldaşı Qven Şamblin-Lara da yer alıb.

Co və Qvenin yer aldığı özəl təyyarə başqa beş sərnişin də olub. Onlar şənbə günü Smirni hava limanından Floridaya Palm-Biçə uçurmuşlar. Uçuşdan qısa vaxt sonra təyyarə Persi Prist gölünə düşüb. Qəzanın səbəbi hələ bəlli deyil.

Təyyarə Qven və ərinin adına qeydiyyatda olub.