Narkotik çəkib səhnəyə çıxdı - Fotolar

Narkotik çəkib səhnəyə çıxdı - Fotolar
3002 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni və aparıcı Olqa Buzovanın Volqoqraddakı konserti qalmaqsız ötüşməyib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, əvvəlcə sənətçi səhnəyə bir saat gec çıxması ilə tamaşaçıları qıcıqlandırıb. "Dom 2" realiti şousundan tanınan Buzova mikrofonla oynamağa, gah ağlamağa, gah da gülməyə başlayıb.

Üç mahnı oxuduqdan sonra səhnədən enən müğənni kulisə keçib. Mikrofonu açıq qalan sənətçinin orada danışdıqları və söyüşlərini tamaşaçılar açıq-aydın eşidiblər.

Paltarını dəyişdikdən sonra səhnəyə qayıdan Olqa bu dəfə onu izləməyə gələnlərə barmağı ilə qeyri-etik hərəkət göstərib. "Çıxışımı bitirəndən sonra gedə bilərsiniz. ya da özünüz bilərsiniz" deyə, Buzova söyləyib.

Buzovanın səhnəyə çıxmazdan əvvəl narkotik istifadə etdiyi iddia olunub.